Avqustun 1-dək avtomobillərin 43%-i sığortalanıb
2014-cü ilin iyul ayında 99,307 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub. Bunun 21,55%-i xarici ölkədə qeydiyyata alınmış və ölkəyə tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edir.
İcbari Sığorta Bürosunun məlumatına görə, icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 7,8 milyon manatı keçib. Bu növ üzrə mükafatların orta həcmi 79,26 manat (ötən ilin iyulu ilə müqayisədə +2,34 manat) olub.
Yeddi ayda bu növ üzrə 38,07 milyon manat məbləğində 515,7 mindən çox sığorta müqaviləsi bağlanılıb. Ölkədə 1,2 mln avtomobil olduğunu nəzərə alsaq, bu, çox deyil. --17D—
-
- Siyasət
- 4 Avqust 2014 14:42
-
- İqtisadiyyat
- 4 Avqust 2014 14:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz