Avronun kursu tarixdə ilk dəfə 100 rublu keçib
Bu gün Rusiya valyuta bazarında rubl rekord dərəcədə ucuzlaşıb.
Tarixdə ilk dəfə avronun kursu 100 rublu keçib. Belə ki, Moskva saatı ilə 15:13-də Avropa valyutasının kursu 21,5 rubl yüksələrək, 100,74 rubla çatıb.
Həmin vaxt dolların kursu 80 rubla çatıb (21 rubl yüksəlib).
RF Mərkəzi Bankının kursu saxlamaq səylərinə baxmayaraq, Rusiyanın milli valyutası durmadan ucuzlaşmağa davam edir.
Dünyada neft qiymətlərinin azalması fonunda rubl kəskin şəkildə ucuzlaşır. Belə ki, çərşənbə axşamı bir barel neftin qiyməti 59 dollara düşüb.
PRAYM qeyd edir ki, neft qiymətlərinin ucuzlaşması neftdən asılı olan səhmlərin və valyutaların qiymətini azaltmaqda davam edir. Beləliklə, çərşənbə axşamı rubl təxminən 30% ucuzlaşıb. -02D-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz