Avropa Oyunları metro işçilərinin də cibini dolduracaq
I Avropa Oyunlarına 190 gün qalır. Deyəsən, hökumət bilmir, Bakını qonaqların xişuna gəlmək üçün daha necə süsləsin. Hazırda iki metro stansiyasında təmir gedir.
Bakı Metropoliteninin mətbuat katibi Nəsimi Paşayev mətbuata bildirib ki, «Nəriman Nərimanov» və «Gənclik» stansiyalarında təmir Avropa Oyunlarına hazırlıqla bağlıdır. Keçid və üst vestibüllərdə üzlüklər, döşəmə örtüyü, kommunikasiya xətləri də dəyişdiriləcək.
Paşayevin sözlərinə görə, işlər 3 aya başa çatmalıdır. O, bunun üçün büdcədən ayrılan vəsait həcmini açıqlamayıb.
Qeyd edək ki, «Nəriman Nərimanov» və «Gənclik» stansiyaları tam normal vəziyyətdədir və dünyanın başqa şəhərlərindəki stansiyalardan fərqlənmir. Azərbaycan hökuməti metronun keçidlərinin, perron və vestibüllərin üzlük və döşəmə örtüyündə mərmər və qranitdən istifadə edərək on milyonlara pul xərcləyir. 2014-cü ildə «Bakı Metropoliteni» QSC-yə dövlət büdcəsindən 35 mln manat subsidiya ayrılıb. 2015-ci il üçün proqnoz 37,9 mln manatdır. 08D
-
- Cəmiyyət
- 4 Dekabr 2014 14:19
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz