Avtomobil idxalı 40% azalıb
Yanvar-noyabrda Azərbaycana 56 804 minik avtomobili gətirilib. Bu, ötən ilin eyni dövründəkindən 39,4% azdır, deyə Gömrük Komitəsi məlumat verir.
Cəmi 51 589 minik avtomobili idxal edilib. Bu, ötən ilin eyni dövründəkindən 33 585 azdır.
Başqa avtonəqliyyat vasitələrinin göstəriciləri də pisləşib. Yanvar-noyabrda Azərbaycana 310 avtobus (mənfi 430), 4 580 yük avtomobili (mənfi 2420) və 3252 xüsusi texnika (mənfi 447) idxal edilib.
Mütəxəssislər azalmanın 2015-ci ildə də davam edəcəyini bildirir. Bu bir sıra iqtisadi amillər və tənzimləmə tədbirləri ilə bağlıdır. Məsələn, AMB bank kreditlərinə məhdudiyyət qoyub. Analiz göstərir ki, borclanalar 15-18% dərəcəli borcun öhdəsindən çətinliklə gəlir. Bu isə məhkəmələrlə nəticələnir. 08B
-
- İqtisadiyyat
- 16 Dekabr 2014 16:15
-
- Dünyada
- 16 Dekabr 2014 16:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz