Avtomobilçilərə kömək üçün sığorta kalkulyatoru
“Atəşgah” Sığorta Şirkəti və avtomobil portalı “auto.az”-ın 2012-ci ilin martından həyata keçirilən birgə layihəsi – “avtosigorta.az” əhali arasında onlayn sığortaya olan böyük marağı üzə çıxarıb.
Mindən çox avtomobil sahibi http://sigorta.auto.az kalkulyatoru vasitəsilə sənəd tərtibinə vaxt itirmədən elektron sığorta imkanı əldə edib.
Azərbaycanda bu xidmətin tətbiqi sığorta polisi əldə etmək prosesini asanlaşdırmaqla bərabər, bütünlüklə sığorta sahəsinin inkişafına kömək edəcək, - deyə layihə rəhbərləri düşünür.
Layihənin üstünlüyü ondadır ki, istənilən avtomobil sahibi evdən və ya ofisdən çıxmadan öz avtomobilini sığortalaya bilər. Sığorta kalkulyatoru (http://sigorta.auto.az/) vasitəsilə AVSMMİS və KASKO polislərinin dəyərini hesablamaqla onlayn rejimdə onları sifariş edə bilər. Sığorta polisi “Atəşgah” SŞ-nin sığorta məsləhətçisi tərəfindən paytaxt ərazisində ödənişsiz olaraq sifarişçinin istədiyi yer və zamanda çatdırılır.
"Atəşgah" qrupuna daxildir: "Atəşgah" SŞ, "Atəşgah Həyat Sığorta", "Intermed" tibb klinikası.
Şirkətlər qrupu 1997-ci ilin yanvarından fəaliyyət göstərir.
Səhmdarları ARDNŞ (10%), I.S.R.Holding Limited (63%), «RAN-Еksim» MMC-dir (27%).
Qrupun məcmu kapitalı 7,8 mln manatdır. --17D-
-
- İqtisadiyyat
- 8 Oktyabr 2012 14:49
-
- Cəmiyyət
- 8 Oktyabr 2012 15:05
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz