AXA MBASK sığorta şirkəti yeni ofisə köçüb
AXA MBASK sığorta şirkəti Nobel prospekti 15 ünvanında yerləşən yeni ofisə köçüb.
İndi şirkətin həm baş ofisi, həm də AXA MBASK-ın Bakı ofisi Azure biznes-mərkəzinin 1-ci və 2-ci mərtəbələrində yerləşəcək.
Sahəsi 1500 kv metrdən çox olan yeni ikimərtəbəli ofis nəinki şirkətin bütün struktur bölmələrini əlverişli şəkildə yerləşdirməyə, eyni zamanda müştərilərinə rahat xidmət şəraiti təşkil etməyə imkan verib, bura sığorta iddiaları, həmçinin polislərin satışı da daxildir, - deyə press-relizdə deyilir.
Müştərilərin rahatlığı üçün şirkətin əlaqə nömrələri dəyişməyib: (012) 596 55 70, 596 55 71, 596 55 73, 596 55 74.
AXA MBASK açıq səhmdar cəmiyyəti Azərbaycanın sığorta bazarında 1992-ci ildən fəaliyyət göstərir və 25 könüllü və 4 icbari sığorta növündə xidmət göstərir.
2010-cu ilin oktyabr ayında sığorta şirkəti əsas səhmdarını dəyişib, həmin ilin dekabrın 7-də isə onun lisenziyası yenilənib.
Şirkətin nəzarət səhm paketini (51%) törəmə AXA Sequros Generales, S.A, De Sequros Y Reasequros (İspaniya) şirkəti vasitəsilə AXA Group (Fransa) əldə edib.
Bu günə şirkətin ödənilmiş nizamnamə kapitalı 6,74 mln manat təşkil edir. Onun ölkədə 5 filial və nümayəndəlikdən ibarət şəbəkəsi mövcuddur. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz