AYİB biznesin diaqnostikası üzrə məsləhətçilərə kömək göstərir
Bu gün Bakıda kiçik və orta biznesin diaqnostikası ilə əlaqədar üçgünlük seminar keçirilir. Mütəxəssislərin fikrincə, bu, məsləhətçilərin işinin vacib ünsürüdür və onsuz yaxşı nəticəyə nail olmaq mümkün deyil.
Avropa Yenidənqurma və İnkişaf Bankının Kiçik Biznesə Dəstək Proqramı seminara 15 konsaltinq şirkəti cəlb edib. Biznes diaqnostikasının məqsəd və vəzifələri barədə beynəlxalq ekspert Vladimir Çernyavski danışacaq.
AYİB bilik və bacarıqlarını təkmilləşdirmək, kiçik və orta ölçülü müəssisələr üçün keyfiyyətli layihələr həyata keçirmələrini təmin etmək və əhatə etdikləri ixtisas sahələrini genişləndirmək üçün Azərbaycanın yerli konsultantları ilə əməkdaşlıq edir.
“Biznesin diaqnostikası konsultantların düzgün layihələri müəyyən etməsi, müştərinin qarşılaşdığı çətinliklərin köklərini aşkar etməsi və həll məsləhət görməsi üçün vacib vasitədir. O, kiçik və orta ölçülü müəssisələrə daha yaxşı xidmət göstərmək üçün həyati əhəmiyyət kəsb edir”, – deyə AYİB-in Azərbaycanda Kiçik Biznesə Dəstək Proqram Meneceri Lalə Rzayeva bildirir.
Seminarı AYİB və Avropa İttifaqı maliyyələşdirir. AYİB 1993-cü ildə Azərbaycanda fəaliyyətə başladığı vaxtdan bəri 700-dən artıq müəssisəyə inkişaf etmək və böyümək üçün nou-hau konsaltinq xidmətlərindən istifadə etməkdə kömək edib. Avropa İttifaqı 2003-cü ildən bəri bu işin dəstəklənməsi üçün 3.7 milyon € vəsait ayırıb. 08C
-
- İqtisadiyyat
- 11 Fevral 2015 13:41
-
- Siyasət
- 11 Fevral 2015 14:32
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz