Açiq mənbələrdən foto.
Aylıq minimum əmək haqqının həcmi artırılıb
Bakı/05.01.23/Turan: Yanvarın 1-dən Azərbaycanda minimum aylıq əməkhaqqı 300 manatdan 345 manata (203 dollar) və ya 15% artırılıb.
2022-ci ildə ölkədə orta aylıq əmək haqqı təxminən bu qədər artıb. Prezident İlham Əliyev yanvarın 5-də müvafiq sərəncam imzalayıb.
“Əhalinin sosial rifahının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncamla hökumətə minimum əmək pensiyasının 240 manatdan 280 manata (+16,6%), habelə sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflər vermək tapşırılıb.
Ekspertlər qeyd edir ki, aylıq minimum əmək haqqının həcminin artırılması fərdi sahibkarların sosial sığorta ödənişlərinin artması ilə müşayiət olunacaq və bu, onların sosial vəziyyətini daha da pisləşdirəcək.
Əgər bu ilin əvvəlinə qədər Sosial Sığorta Fonduna hər ay 75 manat ödəyirdilərsə, bu ilin yanvar ayından bu məbləğ 86,25 manat olacaq.
Bundan əlavə, onlardan tələb olunan pensiya kapitalı 34 560 manatdan 40 320 manata qədər artırıla bilər. 08D
-
- Cəmiyyət
- 5 Yanvar 2023 16:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz