AZAL 8 beynəlxalq istiqamət üzrə xüsusi tarif tətbiq edir
“Azərbaycan Hava Yolları” QSC 15 iyuldan 8 beynəlxalq istiqamət üzrə xüsusi tarif tətbiq edir. Bu səxavətin səbəbi barədə məlumat verilmir.
Güzəştli biletlər 31 iyula kimi satılacaq. Uçuş dövrü 15 iyuldan 14 avqusta kimidir.
Aksiya çərçivəsində London və geriyə bileti 459 avroya almaq olar. Adi vaxtlarda bu biletlər 600 manatdır. Pekin və geriyə bilet 409 avrodur. Bu istiqamətdə adi vaxtlarda biletin qiyməti 530 manatdır. İki həftə ərzində Təbriz və Tehran (və geriyə) biletlər 179 avroya təklif edilir. Bu gün həmin biletlər 260 manatadır. Rusiyanın 4 şəhərinə də güzəştli tarif təklif olunur: Rostov-na-Donu, Perm, Nijni-Novqorod və Kazan. Amma bu güzəşt yalnız Rusiya Federasiyasından başlayan uçuşlar üçündür.
Manatın avroya nisbətdə məzənnəsi 14 iyul üçün 1.0671-dir. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz