AZAL Bakı-Kiyev marşrutu üzrə biletlərin qiymətinə yenidən baxıb
«Azərbaycan Hava Yolları» Bakı-Kiyev/Kiyev-Bakı marşrutu üzrə reyslərə xüsusi aksiya keçirir.
Aksiyaya əsasən, Bakı-Kiyev-Bakı reysi üzrə biletlər 309 avro, Kiyev-Bakı-Kiyev reysi üzrə $409, Bakı-Kiyev reysi üzrə 219 avro, Kiyev-Bakı reysi üzrə $289 təşkil edir.
Bu aksiya 25 yanvar-15 mart tarixlərində həyata keçiriləcək uçuşlar üçün yanvarın 15-dən fevralın 10-na qədər əldə olumuş biletlərə şamil ediləcək. Müəyyən məhdudiyyətlər də var: yer syaı məhdud ola bilər; öncədən rəsmiləşdirilmə uçuşa ən azı 10 gün galdıqda həyata keçirilməlidir; bileti qaytarmaq olmaz. Təyinat məntəqəsində maksimal qalma müddəti bir aydır.
Qeyd edək ki, buna qədər həmin marşrut üzrə minimal tarif 406 manatdır. Ona görə bir sıra sərnişinlər başqa aviaşirkətlərin xidmətindən istifadə edirdi.Məsələn, Kiyevə uçmaq üçün Azərbaycan sərnişinləri əvvəlcə Tbilisiyə uçub $150-a qənaət edirdi. 08D
-
- İqtisadiyyat
- 16 Yanvar 2015 14:28
-
- İqtisadiyyat
- 16 Yanvar 2015 14:32
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz