AZAL-ın Dubaya reyslərində xüsusi təklif
"Azərbaycan Hava Yolları" (AZAL) dekabrın 9-da Bakıdan Dubay istiqamətində olan uçuşlara yeni aksiya elan edir.
Bakı-Dubay-Bakı istiqamətində axşam reyslərinə (J2 015/J2 016) dekabrın 15-ə kimi olan uçuşlara aviabilet alarkən aviabiletin qiyməti cəmi 149 avro təşkil edəcək. Qiymətə bütün rüsum və yığımlar daxildir, deyə AZALın mətbuat xidməti bildirir.
Aviabiletin qiymətinə baqajın (23 kq-a kimi) pulsuz daşınması, soyuq və isti yeməklərin tam çeşidi də daxildir.
AZAL-ın Bakıdan Dubaya uçuşları hər gün komfortlu Airbus A319 və A320 laynerləri ilə həyata keçirilir. . 08D
-
- İqtisadiyyat
- 9 Dekabr 2016 13:28
-
- İqtisadiyyat
- 9 Dekabr 2016 14:08
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz