AZAL Moskvaya biletlərin qiymətini 22,2% azaldıb
Aprelin 15-də “AZAL” Dövlət Aviasiya Şirkəti Bakı-Moskva/Moskva-Bakı reyslərində sərnişindaşıma qiymətini azaldıb. Yeni tariflər mayın 20-nə qədər etibarlı olacaq və aşağıdakı kimi olaca:
Bakı-Moskva – 179 avrodan başlayaraq;
Moskva-Bakı – 141 avrodan başlayaraq;
Bakı-Moskva-Bakı / Moskva-Bakı-Moskva – 320 avrodan başlayaraq.
Bütün tarif planları üzrə qiymətlər vergi və rüsumlar daxil olmaqla göstərilib.
AZAL prezidentinin köməkçisi və xidmət rəisi Məhərrəm Səfərli Turan-a bildirib ki, aviabiletlərin qiymətinin azalması bazar vəziyyəti ilə bağlıdır. Moskva-Bakı aviamarşrutu ilə bir neçə aviaşirkət uçuşlar həyata keçirir, onlar öz tariflərini dəyişdiriblər.
“Silk Way Travel” aviabiletlərin satışı agentliyindən bildiriblər ki, aprelin 14-nə qədər Bakı-Moskva-Bakı marşrutu üzrə biletlər 465 manatdan təklif edilirdi. İndi biletin qiyməti 362 manat təşkil edir.
“Azerbaijan Airlines” aviaşirkətinin təyyarələri gündə iki dəfə Bakıdan Moskvaya uçur. -08D-
-
- Söz istəyirəm
- 15 Aprel 2014 19:27
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz