2014-cü ildə hava nəqliyyatı ilə sərnişin daşınması aviaşirkətlərə 17 mln manat ziyan verib. Bu, əvvəlki ildəkindən 2 dəfə azdır.
Dövlətstatkomda Turan-a bildiriblər ki, ötən il aviaşirkətlərin gəlirləri 298,6 mln manat olub. Bu, 2013-cü ildəkindən 13,8% çoxdur. Şirkətlərin sərnişin daşınması xərcləri 5,7% artaraq 314,6 mln manat olub..
Azərbaycanda sərnişin daşınması ilə 2 yerli şirkət məşğul olur: “Azerbaijan Airlines” və “Silk Way Business Aviation” (“Silk Way Holding” qrupu).
2014-cü ildə aviaşirkətlər 1,8 mln sərnişin (+7,6%) daşıyıb. Sərnişin daşımalarının 0,4%-i “Silk Way Business Aviation”un payına düşür. Şirkət kommersiya reysləri həyata keçirir və mənfəətlə işləyir. Amma bu şirkətlərin heç biri maliyyə hesabatını açıqlamır. Nizamnamənin 5.3 maddəsinə əsasən, AZAL illik maliyyə hesabatını növbəti ilin 30 aprelindən gec olmayaraq dərc etməlidir.
AZAL hər il dövlət büdcəsindən Bakı-Naxçıvan-Bakı marşrutunda itkiyə görə 10 mln manat dotasiya alır. Bir tərəfə bilet 70 manatdır. Bunun 20 manatını dövlət ödəyir.
Bir neçə xarici aviaşirkət, o cümlədən Turkish Airlines, Aeroflot, Sibir, Flydubai, Ukrayna Hava Yolları, Qatar Airways, Air Astana, British Airways, Lufthansa və s Azərbaycan aeroportlarına uçuş həyata keçirir. --08B—
-
- İqtisadiyyat
- 2 Avqust 2015 13:52
-
- İqtisadiyyat
- 2 Avqust 2015 14:02
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz