Azər-TürkBank nizamnamə kapitalına tələb səviyyəsinə çatdırıb
“Azər-Türk Bank” ASC nizamnamə kapitalını 50 mln manata çatdırıb.
Bankdan verilən məlumata görə, əlavə səhm emissiyası hesabına bankın kapitalı 13,1% (5 mln 776 min 341 manat) artıb. 1 səhmin nominalı 1 manatdır.
Turan əvvəllər yazmışdı ki bankın səhmdarlarının tərkibi dəyişib. Əmlak Məsələləri Komitəsinin payı 10% (85%-dən 75%-ə), ZiraatBankın payı 14%-dən 12,37%-ə azalıb, ZiraatBankInternationalın payı 1%-dən 1,08%-ə artıb. Bundan başqa, «AzReTəkrarsığorta» (6,55%) və «Qala Həyat Sığorta» (5%) yeni səhmdar olub.
Azər-Türk Bank 1995-ci ilin mayında yaradılıb. --17D—
-
- İqtisadiyyat
- 7 Yanvar 2015 14:12
-
- Cəmiyyət
- 7 Yanvar 2015 14:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz