Azərbaycan 2014-cü ildə neftin barrelini $105,33-a satıb
Azərbaycan 2014-cü ildə 33 mln 40 min 963,4 ton neft ixrac edib. Bu, 2013-cü ildəkindən 3,6% azdır.
Gömrük Komitəsinin məlumatına görə, 2014-cü ildə Bakı-Tbilisi-Ceyhan kəməri ilə 26 mln 871 min 531,5 ton neft, Bakı-Supsa ilə 4 mln 232 min 675,7 ton, Bakı-Novorossiysk kəməri ilə 1 mln 18,248 min ton, dəmir yolu ilə 918 min 508,2 ton neft ixrac edilib.
DGK-nın məlumatına görə, bəyan edilən neft həcmi $18 mlrd 404 mln 936,62 min məbləğində 23 mln 611 min 888,95 ton olub. Yəni ötən il Azərbaycan 1 ton nefti $779,48 və ya barreli $105,33-a satıb.
Amma Azərbaycan 1 barrel nefti gerçəkdən, $105,33-a satıb? Neft Araşdırmaları Mərkəzində bildiriblər ki, London birjasının yaydığı məlumata görə, Brent neftinin orta illik qiyməti barrel üçün $99,29 olub. Azərbaycan nefti, adətən, Brentdən 2 dollar baha olur. Bəs nədən Azərbaycan nefti bu qədər baha olub? Məsələ burasındadır ki, bu qiymət bəyan edilən neftin həcminin 71,4%-i əsasında formalaşıb. Gömrük orqanları ixrac həcminin 28,6%-i sənədləşdirməyib (limanda satış, vəsaitlərin əldə edilməsi və bank təsdiqinə 2 aya qədər vaxt gedir).
Mərkəzdə xatırladıblar ki, 2013-cü ildə Azərbaycan neftinin orta ixrac qiyməti 1 barrel üçün $110,06 olub. –12В--
-
- İqtisadiyyat
- 19 Yanvar 2015 13:45
-
- İqtisadiyyat
- 19 Yanvar 2015 13:51
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz