Azərbaycan Avropa İttifaqına ixrac çeşidini artırmaq niyyətindədir
Brüsseldə Azərbaycan-Avropa İttifaqı Şurasının 14-cü iclası keçirilib.
İclasda Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
AR XİN-in məlumatında deyilir ki, Məmmədquliyev mətbuat konfransında Azərbaycanın Avropa İttifaqına ixrac çeşidini artırmaq niyyətində olduğunu qeyd edib. Bu gün Azərbaycanın xarici ticarətinin 40%-i bu zonanın payına düşür. Əsas ixrac məhsulu isə neft və neft məhsullardır.
Şuranın iclasında Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsinin şaxələnməsi məsələsi də müzakirə edilib, deyə Məmmədquliyev bildirib. --17D—
-
- İqtisadiyyat
- 10 Dekabr 2013 11:56
-
- İqtisadiyyat
- 10 Dekabr 2013 13:04
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz