Azərbaycan Beynəlxalq Bankına yeni baş direktor təyin edilib
Vasif Əhmədov Azərbaycan Beynəlxalq Bankının (ABB) yeni baş direktoru təyin edilib.
Turan-ın məlumatına görə, o, bu vəzifəni öz istəyi ilə tərk edən Abbas Nəsibovu əvəz edib.
Bankın mətbuat xidmətində bu informasiyanı təsdiq ediblər. Həmçinin bildirilib ki, təyinat 14 dekabrda olub. V.Əhmədov bu təyinatadək "Atəşfah Sığorta" şirkətinin İdarə heyəti sədrinin birinci müavini vəzifəsində çalışıb.
Hazırda ABB-də 3 baş direktor var - V.Əhmədovdan başqa, Hidayət Sultanov və Fuad İslamov da bu postu tuturlar.
Xatırladaq ki, dekabrın 8-də ABB rəhbəri Elmar Məmmədov vəzifədən azad edilib. Bu vəzifədə onu Xalid Əhədov əvəzləyib. 71D
-
- Siyasət
- 16 Dekabr 2016 12:09
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz