Azərbaycan dəmiryolu üçün 200 mln kredit götürür
Azərbaycan "Şimal-Cənub" dəmiryolu layihəsinin həyata keçirilməsi üçün kredit axtarışını davam etdirir.
200 mln dolar kredit almaq üçün rəsmi Bakı Asiya İnkişaf Bankına (AİB) müraciət edib.
AİB-in məlumatına görə, bu il 14-25 noyabr tarixlərində AİB-in missiyası layihə üzrə informasiya toplanmsı məqsədilə Azərbaycanda səfərdə olacaq.
"Şimal-Cənub" dəmiryolu layihəsi 2016-cı ilin sonu üçün İran və Azərbaycanın dəmir yollarının birləşdirilməsini nəzərdə tutur. Fevralda İran və Azərbaycan prezidentləri bu barədə saziş imzalayıb.
"Şimal-Cənub" dəmiryolunun Rəşt-Astara sahəsi İran, Rusiya və Azərbaycanı, eləcə də Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirəcək. Layihə çərçivəsində Azərbaycan öz ərazisində 14 km dəmiryolu çəkməlidir.—0—
-
- İqtisadiyyat
- 18 Avqust 2016 11:46
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz