Fitch Ratings iki bankın reytinqini təsdiq edib
Fitch Ratings beynəlxalq agentliyi “Expressbank” və “Atabank”ın reytinqini təsdiq edib.
Turan-ın məlumatına görə, “Expressbank”ın kredit reytinqini stabil proqnozla “B” səviyyəsində, “Atabank”ın reytinqi stabil proqnozla “B-“ səviyyəsində təsdiq edilib. Bu barədə bankın məlumatında deyilir.
“Expressbank” 1989-cu ildə yaradılıb və “Azərnəqliyyatbank” adı ilə fəaliyyət göstərib. 2008-ci ildən “Expressbank” adlanır.
Atabank 1993-cü ildən fəaliyyət göstərir. 71D
-
- İqtisadiyyat
- 18 Avqust 2016 11:09
-
- Siyasət
- 18 Avqust 2016 12:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz