Azərbaycan energetikasında islahatlar təbii qaza qənaətlə nəticələnəcək
İyunun 22-də Asiya İnkişaf Bankının Direktorlar Şurası Azərbaycana növbəti kreditin ayrılması məsələsinə baxacaq, bu barədə bankın ölkə üzrə direktoru Nariman Mannapbekov məlumat verib.
Onun sözlərinə görə, ilk tranşın həcmi 250 mln. dollar olacaq. "Bu kredit ilk 5 ili güzəştli olmaqla 25 il müddətində 6 aylıq Libor + təxminən 0,4% dərəcəsi ilə ayrılacaq. Şərtlər hökumətin seçimindən asılı olacaq”, – deyə Mannapbekov məlumat verib.
Onun sözlərinə görə, bu pul Bakı istisna olmaqla bütüm ölkəyə ayrılacaq.
Ötən ilin mayında Azərbaycan və AİB ölkənin enerji sisteminin yenidən qurulması və modernləşdirilməsi ilə bağlı 1 mlrd dollarlıq investisiya proqramı barədə memorandum imzalayıb.
İnvestisiya proqramına uyğun olaraq, AİB 3 tranşla $750 mln (hərəsi $250 mln) ayıracaq, qalan $250 mln-u hökumət verəcək.
Bu vəsait elektrik paylanması şəbəkəsinin yenilənməsi, yarımstansiyalar üçün avadanlıqlar - transformatorlar, paylayıcı vasitələrin alınması və quraşdırılması, eləcə də əhalinin sayğaclarla təmin edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, elektrik paylanması şəbəkəsindəki islahatlar texniki itkiləri azaldacaq, nəticədə energetiklər qaza qənaət edə biləcək.—12D-
-
- İqtisadiyyat
- 17 İyun 2016 13:37
-
- Cəmiyyət
- 17 İyun 2016 13:53
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz