Azərbaycan Maliyyə resurslarına çıxmaq üçün özəl sektora dəstək xahiş edir
Özəl sektorun mövcud durumda maliyyə resurslarına çıxışının genişləndirilməsi sahəsində Dünya Bankı ilə əməkdaşlıq Azərbaycan hökumətinin bu qurumla bundan sonrakı əməkdaşlığının prioritetlərindən biridir.
Fevralın 17-də Bakıda iqtisadiyyat naziri Şahin Mustafayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon ilə görüşdə bu problemi müzakirə edib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Şahin Mustafayev DB təmsilçisinə həmçinin iqtisadi islahatlarda, qanunvericiliyin və biznes mühitinin təkmilləşdirilməsi sahəsində əməkdaşlıq təklif edib.
Mersi Tembon DB-nin ölkədəki islahatlara, iqtisadi siyasətə, proqramlara dəstək göstərməyə hazır olduğunu qeyd edib. 08D
-
- Siyasət
- 18 Fevral 2016 12:53
-
- İqtisadiyyat
- 18 Fevral 2016 13:25
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz