Azərbaycanda birja ticarətinin yeni informasiya sistemi istifadəyə verilib
Fevralın 17-də Bakı Fond Birjasında beynəlxalq standartlar səviyyəsində Vahid Ticarət, Ticarətsonrası və Nəzarət Sistemi istifadəyə verilib.
Mərasimdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Koreya Birjası, Dünya Bankı və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) nümayəndələri iştirak edib.
QKDK-da hesab edirlər ki, yeni ticarət sistemi bazar iştirakçıların yeni birja ticarəti alətlərinən istifadə etməyə imkan verir, fond bazarı üçün perspektivlər açır. O habelə ədalətli və şəffaf qiymətin formalaşmasına imkanlar yaradır.
“Yeni sistem qiymətli kağızlar bazarının effektivliyini, şəffaflığını, həmçinin investorlar üçün cəlbediciliyini artırmağa töhfə verəcək”, - deyə Dünya Bankının Cənubi Qafqazda Maliyyə və Özəl Sektor üzrə ölkə əlaqələndiricisi Anjela Prigojina bildirib.
Yeni ticarət sistemi “Kapital Bazarlarının Müasirləşdirilməsi” Layihəsi çərçivəsində həyata kçeirilib. 2015-ci ildə DB ilə Koreya Birjası arasında imzalanan sazişin qiyməti $5 mln 546 min (ƏDV nəzərə alınmaqla) təşkil edib. 08В
-
- İqtisadiyyat
- 18 Fevral 2016 12:57
-
- Siyasət
- 18 Fevral 2016 13:52
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz