Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 7%-dən 9,5%-ə qaldırıb
Azərbaycan Mərkəzi Bankı təkrarmaliyyələşmə üzrə uçot dərəcəsini 7%-dən 9,5%-ə qaldırdığını bildirir.
Uçot dərəcəsi orta müddətli dövrdə makroiqtisadi sabitliyin təmin olunması, inflyasiya gözləntiləri, tədiyə balansı üzrə tendensiyalar, eləcə də maliyyə bazarının konyunkturu nəzərə alınmaqla artırılıb.
AMB-də hesablayıblar ki, uçot dərəcəsinin qaldırılması pul bazarında real faiz dərəcələrinin milli valyutada yığımları stimullaşdıran səviyyədə formalaşmasına təsir edəcək və manata olan inamın artmasına şərait yaradacaq. Bu tədbir eləcə də Mərkəzi Bankın sterilizasiya əməliyyatlarının cəlbediciliyinin artırılmasına da imkan yaradacaq.
2015-ci ilin iyulunda uçot dərəcəsi 3% olub. Bu ilin fevralında 5%-ə artırılıb.
Sonuncu dəfə banklar 2006-cı ilin iyulunda 9,5% dərəcə ilə kredit alıb. 08D
-
- İqtisadiyyat
- 5 Avqust 2016 13:53
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz