Azərbaycan: Neft hasilatı və gəlirləri 2015-ci ildə də azalacaq
Sosial və İqtisadi İnkişaf Mərkəzi (CESD) «2014-cü ildə Azərbaycanın neft ixracı: qısa icmal» hesabatını açıqlayıb. Sənədə əsasən, neft hasilatı və gəlirləri 2015-ci ildə də azalacaq.
Mərkəz bildirir ki, 2014-cü ildə neft qəfələtən ucuzlaşıb və Azərbaycanın neftdən gəlirləri azalıb.
Azərbaycan dövlət gəlirləri və ÜDM-də neft sənayesinin payını azaltmaq iqtidarında olsa da, neft və qazdan asılılığı davam etdirib.
Azərbaycanın əmtəə dövriyyəsi 2014-cü ilin 11 ayında $36,7 mlrd olub, ixrac $ 28,6 mlrd, idxal $8,1 mlrd, profisit $20,5 mlrd təşkil edib.
Qeyri-neft ixracatı $1,6 mlrd, bir nəfər qeyri-neft ixracatı həcmi $166,8 olub.
Mərkəz bildirir ki, xarici ticarət 2014-cü ilin 11 ayında 7,6% azalıb. 2013-cü ilin 11 ayında bu göstərici $39,7 mlrd olub.
2014-cü ilin 11 ayında ixracatda neft və neft məhsullarının apyı 95,7% təşkil edib.
2014-cü ildə 41,9 mln ton neft istehsal edilib. Əvvəlki illə müqayisədə hasilat 3,7% azalıb. 2014-cü ildə neft hasilatının azalmasının davam etməsi göstərir ki, bu il də azalma davam edəcək, deyə Mərkəz qeyd edir. (Hesabatın tam mətni bu ünvandadır: www.cesd.az)—0—
-
- Siyasət
- 22 Yanvar 2015 12:08
-
- İqtisadiyyat
- 22 Yanvar 2015 13:19
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz