Azərbaycan oliqarxının Türkiyədə yeni nəqliyyat şirkəti
Son vaxtlar adı bir çox qalmaqallarda hallanan Hafiz Məmmədov Türkiyədə özünü sınamaq qərarına gəlib.
Bu ölkədə onun adına avtomobil yük daşımaları ilə məşğul olacaq şirkət qeydiyyata alınıb. Məmmdovun Azərbaycanda neft və qeyri-neft yükləri, sərnişin daşıyan bir neçə şirkəti var.
İstanbu Ticarət Palatasının (http://www.ito.org.tr), Ticari Palatalar və Birjalar Birliyinin (http://www.ticaretsicil.gov.tr/index.php) məlumatına görə, 24 dekabr 2014-cü ildə “Azlog Group İthalat İhracat Limited”(qeydiyyat nömrəsi № 953077/0) qeydiyyata alınıb. O, Hafiz Məmmədova məxsusdur. İlkin üzvlük haqqı 10 min türk lirəsidir. Əsas idarəçi Məmmədov özüdür.
Bu ilin iyununda onun şirkəti (“Baghlan Group FZCO”) beynəlxalq maliyyə bazarlarında yerləşdirilən $150 mln avrobondu ödəməlidir. İstiqrazlar üzrə illik faiz dərəcəsi 14,75%-dir. Holdinqin kağızları 2012-ci ilin uyununda 3 illiyə yerləşdirilib. 2013-cü ilin dekabrında holdinq öhdəliyin ödənilməsi problemi ilə üzləşib və texniki defolt elan edilib. Növbəti ödəniş ötən ilin 27 dekabrında olmalı idi.
Hafiz Məmmədov da başqa oliqarxlar kimi maliyyə hesabatı açıqlamağı sevmir. Holdinqin saytı (www.baghlangroup.com) bir neçə aydır işləmir. 08B
-
- Cəmiyyət
- 5 Yanvar 2015 12:00
-
- İqtisadiyyat
- 5 Yanvar 2015 12:12
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz