Azərbaycan qazının Avropaya nəqli üzrə layihələr bahalanıb
Azərbaycan qazının Avropaya nəqli üzrə layihələrə investisiyalar $45-48 mlrd-a çatacaq. Bu barədə jurnalistlərə ARDNŞ rəhbəri Rövnəq Abdullayev məlumat verib.
Əvvəllər $45 mlrdrəqəmi səsləndirilirdi. ARDNŞ rəhbərinin sözlərindən belə nəticəyə gəlmək olar ki, “Şahdəniz-2” və Azərbaycan qazının Avropaya nəqli bahalanır. Amma hələ aydın deyil artım hasilat layihəsində, yoxsa yeni infrastruktur yaradılmasında olacaq.
İnfrastruktura investisiyalar Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsini, TANAP və TAP qaz kəmərlərinin tikintisini nəzərdə tutur. Onların işində ən bahalısı olan TANAP-da ARDNŞ 58% paya malikdir. İlkin məlumata görə, o, $11,8 mlrd-a başa gələcək.
Azərbaycan qazı Türkiyəyə 2018-ci ildə çatacaq. ТАР-ın tikintisi başa çatandan sonra 2020-ci ilin əvvəlinə Avropada olacaq. –12D--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz