Azərbaycan sahibkarlarını qara qitəyə investisiya qoymağa dəvət edirlər
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Diplomatik Akademiyası 11 oktyabrda Bakıda "Afrikada Biznes İmkanları" mövzusunda təqdimat təşkil edir. Bu, AZPROMO-nun yerli sahibkarlara xaricdə investisiya qoymağı təşviq etdiyi ilk tematik aksiyasıdır.
AZPROMO-da bildiriblər ki, təqdimat Afrika qitəsində yerləşən və iqtisadi baxımdan daha perspektivli dörd ölkəyə (Anqola, Namibiya, Botsvana və Cənubi Afrika) həsr olunub. Həmin ölkələrə dair toplanmış məlumatlar əsasında müvafiq ölkə profilləri və bu profillərə uyğun olaraq Azərbaycanın həmin ölkələrdə potensial biznes imkanları dəyərləndirilib. Bunlar əsasən kənd təsərrüfatı, enerji, telekommunikasiya, inşaat, turizm və s. kimi sahələrdir.
Son illər ADA-da bir sıra Afrika ölkələrinin diplomatları ixtisasartırma kursu keçib.
Azərbaycan sahibkarları əsasən MDB, Avropa, Baltikyanı ölkələrə, Gürcüstan və Türkiyəyə investisiya qoymağa üstünlük verirlər. 08D
-
- Siyasət
- 7 Oktyabr 2013 13:03
-
- İqtisadiyyat
- 7 Oktyabr 2013 13:16
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz