Azərbaycan Sənaye Bankının depozitləri azalıb
«Azərbaycan Sənaye Bankı»nın (ASB) aktivləri 1 yanvar 2015-ci il üçün 419 mln 613,48 min manat olub (ötən ilin əvvəli ilə müqayisədə +23,7%).
Bankdan verilən məlumata görə, kredit portfeli üçdə bir artaraq 161 mln 620,03 min manat, depozitləri 218 mln 103,01 min manat (mənfi 8,1%) olub.
Bankın xüsusi kapitalı 1 yanvar üçün 73 mln 444,75 min manat (+19,7%) nizamnamə kapitalı 60 mln manat təşkil edib.
ASB-nin xalis mənfəəti 5 mln 835,65 min manat olub.
«Azərbaycan Sənaye Bankı» 1996-cı ildə yaradılıb. Əsas səhmdarı (94,2517 %) Anadolu İnvestment Kompanidir. --17D—
-
- Siyasət
- 19 Yanvar 2015 14:07
-
- İqtisadiyyat
- 19 Yanvar 2015 14:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz