Azərbaycan Sənaye Bankının kapitallaşması 16,7% artıb
“Azərbaycan Sənaye Bankı” ASC-nin aktivləri ötən il 5%, artaraq 162,69 mln manata çatıb. Verilən kredit həcmi 32,1% azalaraq 85,92 mln manat olub.
Bankın ümumi öhdəlikləri 119,99 mln-dan 125,55 mln manata artıb. Depozit portfeli 18,8% genişlənərək 56,92 mln manat, o cümlədən müddətli müştəri əmanətləri 11,2% azalaraq 24,54 mln manat olub.
Balans kapitalı 37,14 mln manata çatıb. Məcmu kapital 10,8% artaraq 31,72 mln manat, ödənilmiş nizamnamə fondu 16,7% artaraq 28 mln manat olub.
Bankın gəlirləri 2011-ci il ilə müqayisədə 2,2% azalaraq 18,11 mln manat, xərcləri 6,8% artaraq 15,74 mln manat təşkil edib. Vergi ödəniləndən sonra xalis mənfəət 36,8% azalaraq 2,37 mln manat olub. --15B--
-
- İqtisadiyyat
- 6 Fevral 2013 12:37
-
- İqtisadiyyat
- 6 Fevral 2013 13:35
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz