Azərbaycan və Gürcüstanın iqtisadiyyat nazirləri Bakıda əməkdaşlıq məsələlərini müzakirə edib
Bakı/14.06.17/Turan: Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var, deyə iyunun 14-də iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşü zamanı Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxaria bildirib.
Görüş zamanı tərəflər Azərbaycan və Gürcüstanın tranzit imkanlarının Çində birgə təqdimatının keçirilməsi, üçüncü ölkələrə birgə ixrac, ticarətin genişləndirilməsi, kənd təsərrüfatı, İKT, turizm sahələrində əlaqələrin inkişafı, Azərbaycan peyklərinin imkanlarından istifadə edilməsi, üçtərəfli formatda Azərbaycan-Gürcüstan-İran birgə forumunun Gəncədə təşkili və s. məsələlərlə bağlı fikir mübadiləsi aparıblar, deyə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətində Turan-a bildiriblər.
Azərbaycanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, Azərbaycanda 280-ə yaxın Gürcüstan, bu ölkədə isə 200-dən çox Azərbaycan şirkəti qeydiyyatdan keçib. Gürcüstan tərəfindən Azərbaycan iqtisadiyyatına 72 mln. ABŞ dolları, Azərbaycan tərəfindən isə Gürcüstan iqtisadiyyatına 3,4 mlrd. dollar investisiya yatırılıb. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz