Azərbaycan-Yunanıstan birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
Gələn həftə, mayın 27-də Yunanıstanın Afina şəhərində Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçiriləcək. Bu haqda Turan-a Energetika nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Azərbaycan nümayəndə heyətinə energetika naziri, Azərbaycan-Yunanıstan Hökumətlərarası Komissiyanın həmsədri Natiq Əliyev rəhbərlik edəcək.
İclasda iki ölkə arasında enerji, səhiyyə, kənd təsərrüfatı, turizm, nəqliyyat, rabitə və informasiya texnologiyaları, təhsil, elm, mədəniyyət və idman sahələrində ikitərəfli əməkdaşlığın inkişafı perspektivləri və planlaşdırılan tədbirlər müzakirə ediləcək.
Çoxtərəfli əməkdaşlıq istiqamətində Avropa Qonşuluq Siyasəti, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏ) çərçivəsindəki əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Yekun olaraq iki ölkə arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Protokolunun imzalanması nəzərdə tutulub
Xatırladaq ki, Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası 2 fevral 2011-ci il tarixində Bakı şəhərində keçirib. –12D--
-
- Söz istəyirəm
- 22 May 2016 10:33
-
- İqtisadiyyat
- 22 May 2016 13:12
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz