Azərbaycanda 27,868 min qastarbayter qeydiyyata alınıb
2016-cı il yanvarın 1-i üçün Azərbaycanda işləyən 27,868 min əcnəbi vətəndaş Dövlət Sosial Müdafiə Fonduna icbari sosial sığorta ayırmaları həyata keçirir.
DSMF-nin məlumatına görə, bu, 2015-ci ilin əvvəlinə olan göstəricidən 23,7% çoxdur. Dövlət sosial sığorta sistemində fərdi hesabı olan əcnəbilərin 88,9%-i kişilər qadınlar təşkil edir
Hazırda 116 ölkənin vətəndaşları DSMF-də qeydiyyata alınıb. Yenə bunların çoxu Türkiyəni (13,797 min nəfər) təmsil edir. Ardınca Gürcüstan (3,018 min nəfər) və Rusiya (1,692 min nəfər) gəlir.
Bundan başqa, Hindistan (1036), İran (978), Çin (856), Böyük Britaniya (580), Pakistan (546), Ukrayna (456) və Banqladeşdən (442) də xeyli qastarbayter qeydiyyatdadır.
Xatırladaq ki, 2006-cı ildə DSMF respublikada işləyən əcnəbi vətəndaşların icbari sosial sığorta üzrə ödənişlərə cəlb olunması prosesinə başlayıb. --17D—
-
- İqtisadiyyat
- 15 Yanvar 2016 14:27
-
- İqtisadiyyat
- 15 Yanvar 2016 15:48
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz