Azərbaycanda alkoqol və siqaret istehsalı azalıb
Populyar içkilərin istehsalında azalma var. Dövlət Statistika Komitəsinin məlumatına görə, şampan istehsalı - 0,6 min dekalitr (mənfi 77,8%) və başqa şərabların istehsalı - 116,6 min dekalitr (mənfi 32,8%) azalıb.
Araq istehsalı 138,1 min dekalitr (-4,1%), pivə - 764,6 min dekalitr (mənfi 1,3%), alkoqolsuz içkilər istehsalı 3 mln 373,4 min dekalitr (mənfi 7,6%) olub.
Konyak istehsalında (+56,9%) – 18,2 min dekalitr və likör istehsalında (+90,5%) - 32,2 min dekalitr artım olub.
2015-ci ilin yanvar-mart aylarında ölkədə tütün məmulatlarının istehsalı 2014-cü ilin analoji dövrü ilə müqayisədə 12,1% azalıb. Hesabat dövründə Azərbaycanda 342,5 ton fermentlənmiş tütün (azalma 6%) və 458 mln. siqaret (azalma 15,1%) istehsal olunub.
Ekspertlərin fikrincə, səbəb idxal artımı və məhsul istehsalının az göstərilməsidir. --17D—
-
- Siyasət
- 17 Aprel 2015 18:13
-
- İqtisadiyyat
- 17 Aprel 2015 19:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz