Açiq mənbələrdən foto.
Azərbaycanda "Premium" benzinin ardınca "Super"da bahalaşıb
Bakı/03.08.21/Turan: Azərbaycanda Aİ-98 markalı ("Super") benzinin qiyməti artıb.
Yanacaqdoldurma məntəqələrində bu markanın qiyməti avqustun 1-dən 5 qəpik -1,55 manatdan 1,60 manata qədər bahalaşıb.
SOCAR Petroleum Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Üzeyir Həbibbəyli Aİ-98 markalı benzinin qiymətinin artmasını xaricdə alış qiymətinin artması ilə izah edib, çünki benzinin bu növü Azərbaycana idxal edilir.
Xatırladaq ki, iyulun 31-də Aİ-95 benzinin də qiyməti 5 qəpik (1,40 manatdan 1,45 manata) artıb. Bu qərar da həmçinin istehsalçı ölkədə yanacağın bahalaşması ilə əsaslandırılıb.- 06B-
-
- İqtisadiyyat
- 3 Avqust 2021 13:51
-
- Maliyyə
- 3 Avqust 2021 14:26
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz