Azərbaycanda rabitə və poçt xidmətlərinin həcmi artıb
2015-ci ilin yanvar-iyul aylarında Azərbaycanın rabitə və poçt müəssisələrinin gəlirləri 937,2 mln manata qədər (ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 10,7%) artıb, deyə Dövlət Statistika Komitəsi məlumat verir.
Xidmətlərin 72,6%-nin istifadəçiləri (680,4 mln manat) fiziki şəxslər olub.
Xidmətlərin yarıdan çoxu (53,9%) 3 mobil rabitə operatorunun (“Azercell Telecom”, “Bakcell” və “Azerfon”) payına düşüb. Qiymət ifadəsində bu, 505,2 mln manat və ya ötən ilin eyni dövründəkindən 2,7% azdır. --17D—
-
- İqtisadiyyat
- 17 Avqust 2015 15:20
-
- Cəmiyyət
- 17 Avqust 2015 15:29
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz