Azərbaycanda ÜDM 3,5% azalıb
İlin əvvəlindən 3 ayda Azərbaycanda ümumi daxili məhsul istehsalı 12 mlrd 588,7 mln manat təşkil edib. Bu, ötən ilin eyni dövründəkindən 3,5% azdır, deyə Dövlətstatkom bildirir.
ÜDM-in azalması tikinti sektoruna investisiyaların azalması və nəqliyyat sektorundakı azalma ilə bağlıdır.
ÜDM strukturunda qeyri-neft iqtisadiyyatın payı (8,24 mlrd manat) I rüb ərzində 65,4% təşkil edib. Qeyri-neft iqtisadiyyatında ÜDM istehsalının azalması 5,7% təşkil edib.
Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 1311,6 manat (827,3 ABŞ dolları) təşkil edib. Bu, ötən ilin eyni dövründəkindən 4,7% azdır. 08D
-
- Cəmiyyət
- 16 Aprel 2016 13:24
-
- İqtisadiyyat
- 16 Aprel 2016 13:56
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz