Azərbaycanın əmtəə dövriyyəsində Aİ ölkələrinin payı 35%-dir
Bakı/03.10.17/Turan: Azərbaycanın əmtəə dövriyyəsində Avropa İttifaqı ölkələrinin payı 35%-dir, deyə iqtisadiyyat naziri Şahin Mustafayev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskasla görüşündə bildirib. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat verir.
Nazir deyib ki, son 10 ildə Azərbaycanda əsas kapitala yönəlmiş investisiyalarının ümumi həcmində Avropa İttifaqı ölkələrinın payı 46%, qeyri-neft sektoruna birbaşa investisiyalarda isə 35%-ə çatıb.
Nazir qeyd edib ki, Aİ tərəfindən ölkəmizə 582 milyon avro məbləğində texniki yardım da göstərilib.
Yankauskas öz növbəsində deyib ki, hazırda yeni Avropa İttifaqı-Azərbaycan Sazişi üzərində intensiv iş aparılır.
O, qeyd edib ki, Azərbaycan və Avropa İttifaqı enerji sahəsində səmərəli əməkdaşlıq edir. Yankauskas qeyri-neft sektorunun prioritetliyi barədə məlumatlı olduğunu, Azərbaycanın zəngin turizm potensialı hesabına ölkəyə daha çox avropalı turistin cəlb oluna biləcəyini, ölkəmizin geniş ixrac imkanlarının olduğunu bildirib. --71D--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz