Azərbaycanın «Şahdəniz» layihəsindən gəlirləri kəskin azalıb
Azərbaycanın PSA sazişlər çərçivəsində qaz gəlirləri ilin ilk aylarında kəskin azalıb. Bunun Dövlət Neft Fondunun açıqladığı məlumatlar göstərir.
ARDNF-nin məlumatına görə, 2016-cı ilin I rübündə qaz ixracından gəlirlər ötən ilin eyni dövrünə nisbətən iki dəfə azalaraq $40 mln təşkil edib. Orta aylıq mədaxil $13,3 mln olub. Apreldə isə gəlir $5 mln-a düşüb.
Turan agentliyinin analizi göstərir ki, I rübdə və apreldə gəlirlərin azalmasına iki amil təsir göstərib: əvvəla, “Şahdəniz-2” çərçivəsində ən iri investisiyalar 2016-2017-ci illərə düşür. İkincisi ixrac qazının qiyməti 25% ucuzlaşıb.
2007-ci ildən 1 may 2016-cı ilə kimi Azərbaycanın “Şahdəniz” yatağının mənfəət qazının satışından gəlirləri $2 mlrd 488 mln olub.
* “Şahdəniz” yatağının işlənməsi üzrə saziş 4 iyun 1996-cı ildə bağlanılıb.
Layihənin iştirakçıları bunlardır: BP (operator, 28,8%), Petronas (15,5%), SOCAR (16,7%), «ЛУКОЙЛ» (10%), NICO (10%), TPAO (19%). –12В--
-
- Siyasət
- 12 May 2016 17:37
-
- İqtisadiyyat
- 12 May 2016 23:57
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz