Azercell-in yeni xidməti
Azərbaycanın mobil rabitə bazarının lideri olan Azercell daim öz abunəçilərini sərfəli kampaniyalar, endirimli tarif paketləri və geniş sayda xidmətlərlə sevindirir.
Press-relizə əsasən, iyunun 3-dən etibarən Azercell Fakturasız xətt (SimSim) abunəçiləri üçün yeni Azercellim tarifini təqdim edir. Yeni tarif Azercell abunəçilərinə daha sərfəli danışıq imkanı yaradır. Belə ki, bu tarifə qoşulan abunəçilər indi şəbəkədaxili zənglərin 1 dəqiqəsi üçün 4, şəbəkəxarici zənglərin 1 dəqiqəsi üçün isə cəmi 6 qəpik ödəyəcəklər. Azercellim-də SMS xidmətindən istifadə 3 qəpiyə bərabərdi.
Xidmətin adı | Ölçü vahidi | Xidmət haqqı (ƏDV daxil, AZN ilə) |
Şəbəkədaxili zəng | Hər bir dəqiqə | 0,04 |
Şəbəkəxarici zəng | Hər bir dəqiqə | 0,06 |
SMS | Bir ədəd | 0, 03 |
Mobil internet | Bir MB | 0, 2 |
MMS | Bir ədəd | 0,1 |
Abunəçilər yeni tarifə qoşulmaq üçün A yazıb 7575 göndərməlidirlər. Yeni tarifdə hesablama intervalı 1 dəqiqə üzrə hesablanır. Eyni zamanda iyunun 3-dən etibarən yeni aktivləşən və ya nömrələrini operatorun şəbəkəsinə daşıyan SimSim abunəçilərinin nömrələri yeni Azercellim tarifində olacaq. Yeni aktivləşən, nömrələrini şəbəkəyə daşıyan SimSim abunəçilərinə preaktiv balans olaraq 3 AZN hədiyyə veriləcək. Preaktiv balans ölkədaxili zəng və SMS, həmçinin Mobil İnternet üçün 30 gün ərzində istifadə oluna bilər. Azercell abunəçilərinə yay ayları boyunca yeniliklər təqdim etməkdə davam edəcək, deyə məlumatda bildirilir. --17D—
-
- İqtisadiyyat
- 4 İyun 2015 14:11
-
- İqtisadiyyat
- 4 İyun 2015 14:54
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz