Azərsu xəbərdarlıq edir
İyunda içməli sudan qanunsuz istifadə üzrə 194 fakt aşkarlanıb. Ziyan 279,6 min manatdır.
“Azərsu” ASC (http://www.azersu.az/News-451) bildirir ki, bunlardan 168-i Bakı şəhərində, 26-ı müxtəlif rayonlarda qeydə alınıb.
Yanvar-iyun aylarında içməli sudan qeyri-qanuni istifadə halları ilə bağlı 849 fakt aşkarlanıb, dəymiş ziyanın məbləği 2,4 milyon manat olduğu müəyyən edilib. Görülmüş tədbirlər nəticəsində bu məbləğin 993 min manatının ödənilməsi təmin edilib.
Su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadəyə daha çox restoran, hamam, avtoyuma və s. obyektlərdə rast gəlinir. Bəzən smart-kart sayğacların quraşdırılmasına baxmayaraq abunəçilər içməli suya olan tələbatını sayğacdankənar qoşulmalar hesabına ödəyirlər. Belə hallar aşkarlandıqda içməli sudan və kanalizasiya xidmətlərindən qanunsuz istifadə edən abunəçilərin su təchizatı qeyd-şərtsiz dayandırılır və “Azərsu” ASC-yə dəymiş ziyanın həmin abunəçilər tərəfindən ödənilməsi tələb edilir. --17D—
-
- Siyasət
- 16 İyul 2013 16:14
-
- İqtisadiyyat
- 16 İyul 2013 16:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz