AZPROMO Pekində yeni nümayəndəlik açıb
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) Pekində nümayəndəliyi açılıb. Sahibkar Teymur Nadiroğlu nümayəndəliyin rəhbəri təyin edilib. Bu barədə Turan-a Fonddan bildirilib.
Yeni nümayəndələlik iş adamları arasında əlaqələrin qurulmasında, Azərbaycan məhsullarının Çin bazarına ixracının genişlənməsində, Çinin aparıcı investisiya fondlarının Azərbaycan iqtisadiyyatına cəlb olunmasında fəal rol oynayacaq.
AZPROMO-nun xaricdəki nümayəndəliyi xarici iqtisadi fəaliyyət prioritetləri nəzərə alınmaqla yaradılır. Hazırda BƏƏ, ABŞ, Britaniya, Avstriya, Gürcüstanda AZPROMO nümayəndəlikləri fəaliyyət göstərir.
Bundan öncə AZPROMO Qazaxıstanda və Almaniyada nümayəndəlik açıb. Lakin onlar müəyyən səbəblərdən fəaliyyət göstərmir.
Bu il yeni nümayəndəliklərin açılışı hələlik planlaşdırılmır.08B
-
- Siyasət
- 6 May 2016 11:19
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz