Bağlanan 10 bankın əmanətçilərinə 726 mln 643 min manat verilib
Bağlanan 10 bankın əmanətçilərinə 726 mln 643 min manat kompensasiya verilib, deyə Əmanətlərin Sığortalanması Fondu məlumat verir.
«Parabank» ASC-nin əmanətçilərinə 43 mln 199 min (kompensasiyanın 98,5%-i), «Zaminbank» ASC-nin əmanətçilərinə 54 mln 504 min (76%), «Kredobank» ASC-nin əmanətçilərinə 27 mln 771 min (99,9%), «Dekabank» ASC-nin əmanətçilərinə 3 mln 087 min (98,7%) manat kompensasiya verilib.
«Atrabank» ASC-nin əmanətçiləri 14 mln 280 min (98,1%), «Qafqaz İnkişaf Bankı» ASC-nin əmanətçiləri 1 mln 974 min (94,4%), «Bank of Azerbaijan» ASC-nin əmanətçiləri 24 mln 161 min (97%), «Gəncəbank» ASC-nin əmanətçiləri 976 min 440 manat (94,%), «Texnikabank» ASC-nin əmanətçiləri 120 mln 433 min (98,2%) manat, «Bank Standart» ASC-nin əmanətçiləri 436 mln 258 min (99%) manat kompensasiya alıb. 71D
-
- Mədəniyyət
- 5 Aprel 2017 13:04
-
- Cəmiyyət
- 5 Aprel 2017 13:24
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz