Bağlanan bankların əmanətçilərinə 725 mln 712 min manat kompensasiya verilib

Əmanətlərin Sığortalanması Fondu bağlanan 10 bankın əmanətçilərinə 725 mln 712 min manat kompensasiya verib.

«Parabank» ASC-nin əmanətçilərinə 43 milyon 175 min manat (98,4%), “Zaminbank” ASC-nin əmanətçilərinə 54 milyon 362 min manat (75%), “Kredobank” ASC-nin əmanətçilərinə  27 milyon 771 min manat (99,9%), “Dekabank” ASC-nin qorunan əmanətçilərinə 3 milyon 086 min manat  (98,7%) kompensasiya ödənilib.

«Atrabank» ASC-nin əmanətçiləri 14 milyon 280 min manat (98,1%), “Qafqaz İnkişaf Bankı” ASC-nin əmanətçiləri 1 milyon 974 min manat (94,4%), “Bank of Azerbaijan” ASC-nin əmanətçiləri 24 milyon 161 min (97%), “Gəncəbank” ASC-nin əmanətçiləri 976 min 440 manat (94%),, “Texnikabank” ASC-nin əmanətçiləri 120  milyon 433 min manat (98,2%), “Bank Standard” KB-nin  əmanətçiləri 435 milyon 489  min  manat (99%) kompensasiya alıb. 71D

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti