Bağlanmış 10 bankın əmanətçilərinə 272 milyon 577 min manat verilib
11 oktyabr 2016-ci ilə olan məlumata görə, Əmanətlərin Sığortalanması Fondu bağlanmış 10 bankın əmanətçilərinə 272 mln. 577 min manat verib. Bu barədə Fondun məlumatında bildirilir. Turan xəbər verir ki, “Parabank” ASC-nin əmanətçilərinə 32 mln. 802 min manat, “Zaminbank” ASC-nin əmanətçilərinə 50 mln. 853 min manat, “Kredobank”- 17 mln. 184 min, “Dekabank” - 2 mln. 836 min manat kompensasiya ödənilib.
“Atrabank” ASC-nin əmanətçilərinə 13 mln. 830 min manat, “Qafqaz İnkişaf Bankı”- 1 mln. 816 min manat kompensasiya ödənilib.
“Bank of Azerbaijan” əmanətçilərinə 24 mln. 091 min, “Gəncəbank” - 955 min 721 manat, “Texnikabank” - 119 mln. 974 min manat , “Bank Standard” - 8 mln. 230 min manat kompensasiya ödənilib.71D
-
- İqtisadiyyat
- 12 Oktyabr 2016 11:52
-
- Cəmiyyət
- 12 Oktyabr 2016 12:12
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz