Bakı şelfdə yeni qaz kəşfinin yeni şərtlərlə olmasını istəyir
Azərbaycandan yeni yataqlar kəşf oluna bilər. Ötən həftə Caspian Oil & Gas-2013 konfransında BP Azerbaijan-ın kəşfiyyat üzrə vitse-prezidenti Qreqori Reyli belə deyib.
O, əmindir ki, Azərbaycan şelfində iri qaz yataqları kəşf edilə bilər – kəşfiyyat savadlı aparılmalıdır.
Məsələ burasındadır ki, Azərbaycan yeni layihələrdə xarici investorlara hansı şərtlər irəli sürəcək.
ARDNŞ-dəki mənbə bildirib ki, ilin sonuna kimi “Azəri-Çıraq-Günəşli” yatağının dərin laylarında hasilat üzrə kontrakt imzalanmalıdır ki, 2019-cu ildə hasilata başlansın.
ARDNŞ AÇG-nin ehtiyatlarını 300 mlrd m3 qiymətləndirir. Onların işlənməsi ilə BP başda olmaqla konsorsium məşğul olacaq. BP-də danışıq aparıldığı etiraf edilir, amma şərh verilmir.
Mənbənin sözlərinə görə, ARDNŞ konsorsiuma Risk Service Agreement (RSA) tipli saziş təklif edir. PSA sazişlərdən fərqli olaraq, RSA sazişlərdə bütün hasil edilən karbohidrogen ARDNŞ-nin balansına verilir, şirkət onları satıb gəliri layihə iştirakçıları arasında bölür.
ARDNŞ təmsilçisi deyib ki, şirkət bu sxemi əsas kimi götürüb oraya xarici tərəfdaşları maraqlandıran bir sıra mexanizmlər əlavə edir. Məsələn, ARDNŞ quyu qazılması xərclərini ödəyə bilər. Mənbənin sözlərinə görə, PSA sazişlər əvəzinə RSA Azərbaycan tərəfindən bundan sonra da bu və ya digər yatağın xüsusiyyətləri nəzərə alınmaqla tətbiq ediləcək. --12С--
-
- İqtisadiyyat
- 11 İyun 2013 14:01
-
- İqtisadiyyat
- 11 İyun 2013 14:19
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz