Exxonmobil və Total Azərbaycan şistini hədəfə alıb
xarici şirkətlər, o cümlədən ExxonMobil və Total Azərbaycanın şist yataqlarının işlənməsinə maraq göstərir. Bu barədə ARDNŞ-nin I vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib.
“dünyada neftin bahalığı alternativ mənbələrə, o cümlədən bitum və şistə marağı artırır. Qobustanda, Kür ovalığında və başqa yerlərdə 50 isti şist yatağı var. ExxonMobil və Total kimi şirkətlər bu yataqların işlənməsinə maraq göstərir”, - deyə o bildirib.
Yusifzadə deyib ki, müasir texnologiyaların tətbiqi bu yataqların işlənməsini səmərəli edərdi.
2011-ci ilin iyulunda ARDNŞ ConocoPhillips Exploration Azerbaijan LTD şirkəti ilə ölkənin quru ərazilərində kəşfiyyat öncəsi fəaliyyət üzrə tədqiqat sazişi imzalayıb.
İlk şist yataqları Azərbaycanda 50-ci illərin ortalarında aşkarlanıb. --12С--
-
- İqtisadiyyat
- 11 İyun 2013 14:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz