Bakıda aqrar sektora dəstək üçün beynəlxalq donorların görüşü keçiriləcək
Kənd Təsərrüfatı Nazirliyinin dəvəti ilə iyunun 6-da Bakıda Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə 3-cü Donor Əlaqələndirmə Görüşü keçiriləcək.
Nazirliyin mətbuat xidmətində Turan-a bildiriblər ki, görüşün keçirilməsində məqsəd kənd təsərrüfatı sahəsində bu təşkilatların dəstəyi ilə icrası davam edən layihələrin gedişinə diqqət ayırmaq, aqrar sahədə mövcud trendləri müzakirə etmək, gələcək əməkdaşlıqların istiqamətini müəyyənləşdirməkdir.
Donorların görüşündə DB, İslam İnkişaf Bankı, ABŞ Beynəlxalq Əməkdaşlıq üzrə Agentliyi, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa İnvestisiya Bankı, BMT İnkişaf Proqramı, Amerika Ticarət Palatası AYİB, kimi 20-dən çox beynəlxalq təşkilat və birlik təmsilçilərinin, 10-a yaxın xarici ölkə səfirinin, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı gözlənilir.
Hazırda Kənd Təsərrüfatı Nazirliyi DB, İslam İnkişaf Bankı, BMT-nin Kənd Təsərrüfatının İnkişafı Beynəlxalq Fondunun maliyyə və kredit dəstəyi ilə bir neçə kənd təsərrüfatı layihəsi həyata keçirir. 08D
-
- Siyasət
- 3 İyun 2016 14:18
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz