Bakıda Azərbaycan-Sinqapur Biznes Forumu keçiriləcək
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) aprelin 17-də Bakı Biznes Mərkəzində Azərbaycan-Sinqapur Biznes Forumu keçirəcək.
Forumun işində İKT, nəqliyyatın və biznesin idarə olunması, logistika, əczaçılıq, neft-mədən sənayesi avadanlığı, generator, metalkəsmə, işıqlandırma, beton hazırlanma avadanlıqlarının istehsalı, dənizdə tikinti işlərinin aparılması və digər sahələri təmsil edən Sinqapur şirkətləri iştirak edəcəklər.
2014-cü ildə Azərbaycanla Sinqapur arasında əmtəə dövriyyəsi $101 mln olub. Azərbaycanın ixracatı ($60 mln) neft və aviasiya yanacağından ibarətdir. Sinqapurdan 250 adda mal, o cümlədən metal, elektrik avadanlığı, intellektual kartlar, neft platforması, torpaqqazan maşınlar və s idxal edilir. 08D
-
- Siyasət
- 9 Aprel 2015 17:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz