Bakıda beynəlxalq investisiya forumu keçirilir
Bakıda İslam İnkişaf Bankının dəstəyi ilə beynəlxalq investisiya forumu keçirilir.
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, ikitərəfli əlaqələr 1992-ci ildə yaradılıb. Bu dövrdə bank tərəfindən Azərbaycana iqtisadiyyatın müxtəlif sahələri üzrə 18 layihə çərçivəsində 1 mlrd. ABŞ dollarına yaxın vəsait ayrılıb. Bu layihələin 14-ü başa çatıb, 4-ü isə davam edir".
Özəl Sektorun İnkişafı İslam Korporasiyası (ICD) tərəfindən indiyədək ölkəmizə kiçik və orta sahibkarlığın dəstəklənməsi ilə bağlı 14 layihə üzrə 130 mln dollar məbləğində investisiya yatırılıb.
Nazir deyib ki, xarici investorlar neftə qoyulan investisiyalardan ikiqat mənfəət əldə edib. Bundan başqa, Beynəlxalq Arbitraj Məhkəməsinə xarici investorlardan şikayət daxil olmayıb. Çünki vəsaitlərə hökumət səviyyəsində zəmanət verilir.
Xatırladaq ki, 1995-ci ildən 2016-cı ilə qədər ölkə iqtisadiyyatına 184 mlrd 75,2 mln manat sərmayə qoyulub, onun $106 mlrd 195,9 mln manatı xarici investorların payına düşür.
Konfransda 50-dək xarici investor iştirak edir. --17D—
-
- Cəmiyyət
- 8 Dekabr 2016 13:23
-
- İqtisadiyyat
- 8 Dekabr 2016 13:51
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz