Bakıda «Milan Expo» pavilyonu harada tikiləcək?
Ötən il Azərbaycanın milli “Milan Expo” pavilyonunun tikintisinə 12 mln manat xərclənib. Amma bu obyektin harda, kim tərəfindən tikilməsini onun fəlaiyyətinə məsul olan dövlət strukturlarının heç birində bilmirlər.
İqtisadiyyat Nazirliyinin 2016-cı il üçün hesabatında deyilir ki, bu obyektin tikintisinə 12 mln manat qoyub. Amma qurumun mətbuat xidməti bu faktı inkar edir.
Tikinti işləri barədə Dənizkənarı Bulvar İdarəsində də heç nə bilmirlər. Dövlət tikinti reyestrində (https://goo.gl/Bsqbhr) qeyd edilir ki, Dənizkənarı Milli Parkda milli pavilyonun tikintisinə müvafiq ərazi ayrılıb. Tikintinin sifarişçisi Heydər Əliyev Mərkəzidir.
Heydər Əliyev Mərkəzində bildiririlər ki, bu obyekt məhz Bakı bulvarında tikilir. Amma konkret harda tikildiyi açıqlanmır.
Dördmərtəbəli “Milan Expo 2015” pavilyonu elə konstruksiya olunub ki, altı aylıq sərgi bitəndən sonra sökülüb Bakıya gətirilib. 08D
-
- İqtisadiyyat
- 11 Mart 2017 12:11
-
- Cəmiyyət
- 11 Mart 2017 12:33
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz